Evində işləyən usta qadına təcavüz edib - Türkiyə

Evində işləyən usta qadına təcavüz edib - Türkiyə

Türkiyənin İstanbul şəhərində yaşayan 41 yaşlı qadın evində işləyən usta tərəfindən təcavüzə uğrayıb.

Redaktor.az-ın məlumatına görə, 34 yaşlı Veysəl adlı şəxs təmir işini gecə saatlarına qədər davam etdirib. Qadın ustadan getməsini, qalan işləri sabah davam etdirməsini istəyib. Usta isə 2 saatlıq işinin qaldığını, sabah gəlmək istəmədiyini bildirib və getməyib. Bundan sonra qadın yataq otağına gedib, daha sonra isə yatıb. Bir müddət sonra yataq otağının qapısının zorla açıldığını görüb. O, otağa daxil olan usta tərəfindən zorlanıb.

Hazırda polis faktla bağlı araşdırma aparır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Mənbə: redaktor.az