Neftçalada su xəttində qəza oldu - Rayon susuz qaldı

Neftçalada su xəttində qəza oldu - Rayon susuz qaldı

Neftçala rayonunu içməli su ilə təmin edən su xəttində qəza yaranıb.

“Qafqazinfo” xəbər verir ki, qəza ilə əlaqədar rayon ərazisinə içməli suyun verilişində müvəqqəti fasilə yaranıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən rayonunun su təminatını təmin edən 500 mm diametrlik su xəttində qəzanın aradan qaldırılması istiqamətindəişlər işlər görülür.

Təmir-bərpa işləri başa çatdıqdan sonra suyun verilişi bərpa olunacaq.

Surxay Şahbazov

Mənbə: qafqazinfo.az