Jurnalist Elmar Hüseynovun qətlindən 16 il ötür

Jurnalist Elmar Hüseynovun qətlindən 16 il ötür

Bu gün tanınmış jurnalist Elmar Hüseynovun anım günüdür.

KONKRET.az verir ki, “Monitor” jurnalının yaradıcısı və baş redaktoru Elmar Hüseynovun ölümündən 16 il ötür.

Xatırladaq ki, 37 yaşlı jurnalist, 2005-ci il martın 2-də, saat 21:00 radələrində, işdən evə qayıdarkən yaşadığı Bakı şəhəri Nizami rayonu Qara Qarayev küçəsi 39 nömrəli evin üçüncü mərtəbəsində naməlum şəxs tərəfindən yaxın məsafədən odlu silahdan açılmış atəş nəticəsində qətlə yetirilib.

İstintaq orqanları jurnalisti Gürcüstan vətəndaşları olan azərbaycanlılar Teymuraz Əliyev və Tahir Xubanovun qətlə yetirdiyini ehtimal ediblər.

2006-cı il avqustun 14-də isə cinayətkar qrupa başçılıq etdiyini deyən Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.

Mərhum jurnalistin ölümündən 1 il sonra həyat yoldaşı Ruşaniyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.

Ailəyə yaxın şəxslərin bildirdiyinə görə, Ruşaniyə Hüseynova Elmar Hüseynovun yaxınları ilə əlaqəni tamamilə kəsib. Bu səbəbdən də mərhum jurnalistin oğlu barədə hər hansı məlumat yoxdur./modern.az/

Mənbə: konkret.az