İrəvanda etirazçılar 5 gündür çadırda gecələyir

İrəvanda etirazçılar 5 gündür çadırda gecələyir

Ermənistan müxalifəti artıq beşinci gündür ki, Baqramyan prospektində, parlamentin binası qarşısında çadır qurub. Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, müxalifətçilər gecəni çadırda keçirir.

Polis düşərgəyə müdaxilə etmir, lakin parlamentin qarşısında ciddi mühafizə tədbirləri həyata keçirilir. Ümumilikdə, 10 çadır qurulub.

Xatırladaq ki, Ermənistan müxalifəti baş nazir Nikol Paşinyan istefa verənə qədər çadırları sökməyəcəklərini bəyan edib.

Mənbə: azvision.az