İtkin düşən 6 yaşlı uşaqla bağlı dəhşət üzə çıxdı - Anası... - FOTO

İtkin düşən 6 yaşlı uşaqla bağlı dəhşət üzə çıxdı - Anası... - FOTO

İtkin düşən 6 yaşlı uşağın cinayətə qurban getdiyi məlum olub.

Milli.Az nypost-a istinadla xəbər verir ki, 6 yaşlı oğlanı öldürən şəxsin kimliyi aşkarlanıb. Məlum olub ki, onu öldürən şəxs elə onun itkin düşməsi barədə polisə məlumat verən anasıdır.

ABŞ-ın Ohayo ştatında yaşayan 29 yaşlı Brittany Gosney iki gün əvvəl polisə müraciət edərək 6 yaşlı oğlu James Robert Hutchinson-un itkin düşdüyünü bildirib.

Ötən gün cinayətin üstü açılıb, qadın övladını öldürdüyünü boynuna alıb. O bildirib ki, avtomobillə oğlunun üstündən keçdikdən sonra meyitini çaya atıb.

Qadın həbs olunub.

İsmayıl
Milli.Az

Mənbə: news.milli.az