Oleq Romantsev infarkt keçirib

Oleq Romantsev infarkt keçirib

Rusiyalı futbol məşqçisi Oleq Romantsevin səhhəti pisləşib.

Apasport.az saytının məlumatına görə, Rusiya millisinin və Moskva “Spartak”ının sabiq baş məşqçisi ürəktutmasından xəstəxanaya yerləşdirilib.

“Spartak”ın keçmiş məşqçisi Georgi Yartsev infarkt keçirən 67 yaşlı mütəxəssisin hazırda reanimasiyada olduğunu açıqlayıb: “Bu gün nə olduğunu öyrənəcəyik. Dünən heç nə aydın deyildi. Hər hansı bir məlumat varsa, onu yalnız axşam biləcəyik”.

Mənbə: apa.az