Malidə silahlılar 9 mülki şəxsi öldürüb

Malidə silahlılar 9 mülki şəxsi öldürüb

 

Malinin mərkəzində yerləşən və mülki şəxslərin yaşadığı 3 kəndə bir qrup silahlı ağır pulemyotlarla təchiz edilən maşınlarla hücum edib. Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli rəsmilər məlumat yayıb.

Rəsmilər silahlıların iki fərqli dəstə ilə hücum etdiyini bildirib. Mopti vilayətində yerləşən kəndlərə hücum zamanı silahlılar 9 müki şəxsi öldürüb.

“Əl-Qaidə” və İŞİD terror qruplaşmaları ilə əlaqəsi olan silahlılar mütəmadi olaraq Malidə təhlükəsizlik qüvvələrinə, BMT sülhməramlılarına və bölgədəki mülki şəxslərə hücum edir.

 

Mənbə: ordu.az