Kuryer 12-ci mərtəbədən düşən körpəni xilas etdi Video

Kuryer 12-ci mərtəbədən düşən körpəni  xilas etdi Video

Vyetnamda binanın 12-ci mərtəbəsindən yıxılan 3 yaşlı qızı kuryer xilas edib.

Olaylar.az xəbər verir ki, çatdırılma xidməti üçün binanın girişində gözləyən kuryer qəfil qonşuların qışqırıq səslərini eşidib. 3 yaşlı qızın eyvandan yıxıldığını görən kuryer əllərini uzadıb gözləməyə başlayıb və kiçik qız yerə düşmədən onu xilas edib.

Kuryer yüngül xəsarət alsa da, uşağın qol və ayaqlarında kiçik qırıqlar olub.

Mənbə: olaylar.az