Səudiyyə Ərəbistanına PUA hücumu nəticəsində beş nəfər yaralanıb

Səudiyyə Ərəbistanına PUA hücumu nəticəsində beş nəfər yaralanıb

 

Qahirə, 2 mart, AZƏRTAC

Səudiyyə Ərəbistanının cənub-şərqində Yəmənlə sərhəddə yerləşən Cazan qəsəbəsinə silahlı pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində dağıntıların olduğu və beş mülki şəxsin yaralandığı bildirilir. Bu barədə SPA agentliyi məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, Hutsi qiyamçılarının son günlər davam edən ardıcıl hücumlarının hamısının qarşısı alınsa da, Cazana PUA zərbələrini zərərsizləşdirmək mümkün olmayıb. Yaralıların üçü yerli sakin, ikisi isə yəmənli köçkündür.

Ərəb ölkələri və ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyi mülki obyektləri və dinc əhalini hədəf alan hücumları pisləyib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Mənbə: azertag.az