30 min dollar gətir, oğlunu apar - İtkin düşən əsgərin atasından pul istədilər - ERMƏNİSTANDA

30 min dollar gətir, oğlunu apar - İtkin düşən əsgərin atasından pul istədilər - ERMƏNİSTANDA

Ermənistan ordusunun itkin düşən hərbçisinin atasına qarşı 30 min ABŞ dolları məbləğində dələduzluq edilib.

Ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) Şirak Regional İdarəsinin əməkdaşları Yerevanda əməliyyat-axtarış tədbiri keçiriblər.

Məlum olub ki, X.A. adlı əsgər İkinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib və itkin düşüb. V.K. əsgər atası olan A.-nın etibarını qazanaraq ondan oğlunu “Azərbaycan əsirliyindən” xilas etmək üçün 30 min ABŞ dolları istəyib.

MTX-dən bildirilib ki, o, əsgər atasını xarici dövlətlərin müəyyən dairələri ilə əlaqəsi olduğuna inandırıb və guya oğlunun yerini dəqiqləşdirib (onun məlumatına görə, guya erməni əsgəri Azərbaycandadır).

V.K. alacağı məbləğin 15 min dollarını Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə verəcəyini (əsgərin üçüncü ölkə vasitəsilə vətənə qaytarılmasını təşkil etmək üçün) deyib. O, qalan məbləğin müxtəlif məsələlərə xərclənəcəyini bildirib. Sövdələşmənin daha etibarlı olması və izi azdırmaq üçün o, aldığı məbləği 2021-ci il fevralın 22-də notarial qaydada borc vermək kimi sənədləşdirib.

MTX əməkdaşlarının fevralın 24-də keçirdiyi əməliyyat tədbirləri nəticəsində V.K. istədiyi məbləğin 15 min dollarını alarkən tutulub.

Hadisə ilə bağlı cinayəti işi açılıb.

Mənbə: ednews.net