Sumqayıtda narkomanların sayı: 13 nəfər ölüb, 5 nəfər isə.. -RƏSMİ

Sumqayıtda narkomanların sayı: 13 nəfər ölüb, 5 nəfər isə.. -RƏSMİ

Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkoloji xəstələrin və narkomanların sayı açıqlanıb.

Sumqayıt Narkoloji Dispanserindən Xeberle.com-a bildirilib ki, 2020-ci ilin statistikasına əsasən narkoloji xəstələrin sayı ötən ilə nisbətən 369 nəfər artaraq 4283 nəfər təşkil edib. Onlardan 90 nəfəri qadındır. Narkomanların sayına gəldikdə isə bu rəqəm də 291 nəfər artaraq 2322 olub. Narkomanlardan isə 67 nəfəri qadındır. 18 nəfər isə qeydiyyatdan çıxarılıb. Bunlardan da 5-i sağalma, 13-ü isə ölümlə olub.

Narkoloji xəstələrin əksəriyyəti 18-39 yaş arasındadır.

Xədicə Səxavətqızı

Mənbə: xeberle.com