Sualları sosial şəbəkələrdə yayan tələbələr cəzalanacaqlar – Araşdırma aparılır

Sualları sosial şəbəkələrdə yayan tələbələr cəzalanacaqlar – Araşdırma aparılır

"Həmin bakalavrın kimliyi bəllidir və hazırda bu məsələ ilə bağlı araşdırma aparılır"

Sosial şəbəkələrdə magistraturaya keçirilən imtahan suallarının yayılması ilə bağlı informasiyaya Dövlət İmtahan Mərkəzinin rəsmisi münasibət bildirib. DİM-in Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə ictimaiyyətin qınağı ilə qarşılanan bu hadisəyə aydınlıq gətirib.

Olaylar.az "Rupor"a istiandən xəbər verir ki,bunu DİM-in rəsmisi bildirib:

"Magistraturaya qəbul imtahanında tələb olunan qaydalara əsasən imtahan iştirakçıları cavab kartı ilə yanaşı, sual kitabçasını da nəzarətçiyə təhvil verməlidirlər. Fevralın ayının 28-də keçirilən imtahanda 1 nəfər imtahan başa çatandan sonra materialların nəzarətçiyə təhvil verilməsi zamanı diqqətdən yayınıb və sual kitabçasını özü ilə aparıb. Həmin şəxs daha sonra kitabçanın şəklini çəkərək sosial şəbəkələrdə paylaşıb. Həmin bakalavrın kimliyi bəllidir və hazırda bu məsələ ilə bağlı araşdırma aparılır. Belə hallara yol verən imtahan iştirakçılarının nəticələri ləğv olunur".
 

 

Mənbə: olaylar.az