Hindistanda yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər ölüb

Hindistanda yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər ölüb

Hindistanın Uttar Pradeş ştatında kömür daşıyan yük avtomobilinin aşması nəticəsində 6 nəfər ölüb, 16 nəfər isə xəsarət alıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyəti ağırdır.

Şahidlər qəza baş verəndə yük avtomobilinin yüksək sürətlə hərəkət etdiyini bildiriblər.

Ölən və yaralananlar da yük avtomobilindəki şaxtaçılar olublar.

Mənbə: azertag.az