Yüzlərlə bahalı telefonu yandırdılar - Hamısı işlək vəziyyətdə olub / FOTO

Yüzlərlə bahalı telefonu yandırdılar -  Hamısı işlək vəziyyətdə olub / FOTO

Türkiyənin Kayseri şəhərindəki dağlıq ərazidə yüzlərlə yandırılmış mobil telefon aşkar edilib.

Metbuat.az xəbər verir ki, sakinlərin şikayəti əsasında əraziyə gələn polislər, azı 400 bahalı mobil cihazın külə döndüyünü müəyyən edib. Güman edilir ki, telefonlar FETÖ terror təşkilatının üzvlərinə aid olub. Onlar ələ keçməmək üçün belə addım atıblar. Şahidlərin ifadəsi əsasında hadisənin 3 nəfər tərəfindən törədildiyi məlum olub. Onların kimliyi araşdırılır.

Mənbə: metbuat.az