Dini məktəbin idman müəllimi əxlaqsız çıxdı, qalmaqal qopdu - FOTO

Dini məktəbin qadın idman müəlliminin əxlaqsız olduğu üzə çıxıb.

Milli.Az Fox19-a istinadla bildirir ki, ABŞ-ın Florida ştatındakı katolik məktəblərinin birinin idman müəllimi Crystal Jackson əxlaqsızlığına görə işdən qovulub. Qadınla birlikdə onun 3 azyaşlı övladı da məktəbdən xaric edilib.

Belə ki, məlum olub ki, idman müəlliminin "onlyfans" platformasında çılpaq şəkilləri var imiş. O, çılpaq şəkillərini pulla satırmış.

Dedi-qoduların təsdiqini tapması vəziyyəti çətinləşdirib. Valideynlər müəllimin məktəbdə işləməsindən narazı olduqlarını bildiriblər. Qısa müddət sonra müdriyyət müəllimin və uşaqlarının məktəbdən qovulduğunu elan edib.

İsmayıl
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

3500 məzunun diplom qalmaqalı: “Məhkəmələr də imtina edir, Şeyx də..."

SONRAKI XƏBƏR

Dünyada ən iri maliyyə saytlarından birində Azərbaycanın Qarabağı bərpa etmək planlarından söhbət açılıb