Noyabrın 26-da Azərbaycanın bir sıra bölgələrində küləkli hava şəraiti gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Gəncə, Tərtər, Bərdə, Daşkəsən, Goranboy, Mingəçevir, Naftalan, Yevlax, Şəki, Göyçay, Kürdəmir, Oğuz, Qəbələ və İsmayıllıda qərb küləyi əsəcək. Küləyin sürətinin saniyədə 13,9-20,7 metr olacağı gözlənilir.
Bununla əlaqədar qeyd olunan ərazilər üçün sarı xəbərdarlıq verilib.
Müəllif: Ülkər Vəliyeva
Mənbə: news.milli.az