Qəza Cəlilabadı susuz qoydu

Qəza Cəlilabadı susuz qoydu

Cəlilabad rayonunda içməli su təchizatında fasilə yaranıb.

Rayonun Uzuntəpə kəndi ərazisindən keçən 110 mm-lik magistral içməli su xəttində qəza baş verib. Nəticədə rayonun bir hissəsinə suyun verilişi dayanıb.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.


Mənbə: unikal.az