İranın Qərbi Azərbaycan vilayətində koronavirusa yoluxma halları artıb

İranın Qərbi Azərbaycan vilayətində koronavirusa yoluxma və ölüm halları kəskin artıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Qərbi Azərbaycan Tibb Elmləri və Səhiyyə Xidmətləri Universitetinin rektoru Cavad Ağazadə deyib.

“Son 24 saatda vilayət üzrə Covid-19-a yoluxmadan 9 ölüm və 100-ə yaxın stasionar müalicəyə alınma halı qeydə alınıb ki, bu da əvvəlki günlərə nisbətən əhəmiyyətli artım olduğunu göstərir”.

C.Ağazadə bildirib ki, koronavirusa yoluxma nəticəsində vilayətimizdə vətəndaşların ölüm prosesi davam edib və son sutkada daha 9 nəfərin həyatını itirməsi ilə Qərbi Azərbaycan virusdan ölümlərin ümumi sayı 3645 nəfərə çatıb.

“Son 24 saat ərzində Qərbi Azərbaycanda vəfat edən doqquz nəfərin üçü Urmiya, üçü Xoy, ikisi Miandoab və bir nəfər isə Bukana aid olub”.

Tibb Universitetinin rektorunun sözlərinə görə, Ötən gün ərzində Qərbi Azərbaycanda həmçinin koronavirusa yoluxan xəstələrin sayına 307 nəfər və xəstəxanaya yerləşdirilənlərin sayına 100 nəfər əlavə edilib və Qərbi Azərbaycanda Covid-19-a yoluxan xəstələrin sayı 114.258-ə yüksəlib.

“Hazırda 490 nəfər kəskin tənəffüs sindromu diaqnozu ilə vilayətin tibb mərkəzlərinə yerləşdirilib ki, onlardan 252-si şübhəli və 238-i də Covid 19-a dəqiq yoluxanlardır”,-deyə Ağazadə qeyd edib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

“Haber Global” Qarabağa böyük qayıdış haqqında süjet hazırlayıb - VİDEO

SONRAKI XƏBƏR

"Beşiktaş"dan qələbə