Görüşə gəlməyən dostunu bıçaqlamışdı, indi də quldurluğa görə 9 il cəza aldı

Görüşə gəlməyən dostunu bıçaqlamışdı, indi də quldurluğa görə 9 il cəza aldı

35 yaşlı şəxs bundan sonra ömrünün 9 ilini də həbsxanada keçirməli olacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsində qulqurluqda ittiham edilən Əlişli Rauf Əliş oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Rauf Əlişli 9 il azadlıqdan məhrum edilib.

Quldurluqla ittiham edilən R.Əlişli Bakıda tanımadığı şəxsin qarşısını kəsərək ona hədə-qorxu gələrək pulunu alıb. Bu əməlinə görə ona 9 il həbs cəzası verilib.

Bu, R.Əlişlinin ilk cinayət əməli deyil. Sonuncu dəfə 2014-cü ildə öz dostunu bıçaqlayan Rauf Əlişli 3 il həbs cəzasına məhkum edilmişdi. O, dostunu vədələşdikləri halda çayxanaya vaxtında gəlməməsi səbəbindən başlayan mübahisə zamanı bıçaqlamışdı.

Mənbə: cia.az