Meymunlar əkizləri qaçırdı, birinin meyiti tapıldı

Meymunlar əkizləri qaçırdı, birinin meyiti tapıldı

Hindistanın Tamilnad ştatının Tandjavur şəhərində vəhşi meymunlar yeni doğulan körpələri ourlayandan sonra birini öldürüblər.

Sonxeber.az-ın verdiyi xəbərə görə, insident uşaqlar qısa müddətə baxımsız qalanda baş verib: ata işə gedib, ana isə həyətdəki ayaqyolunda olub.

Bir neçə meymun damı söküb, içəri girib və körpələri aparıblar. Ana səs eşidərək evə qaçıb, lakin meymunlar aradan çıxıblar.

Qadın küçəyə qaçıb və bu zaman meymunlardan birinin əkizlərdən birini saxladığını görüb. Bir neçə nəfər oğurlanan uşaqları xilas etmək üçün köməyə gəlib, qovandan sonra meymun körpəni yerə ataraq qaçıb. İkinci uşağı xilas etmək mümkün olmayıb. Sonradan 8 günlük körpə qız su xəndəyində tapılıb. Lent.az

Mənbə: sonxeber.az