QANDONDURUCU OLAY: Ərindən gizli doğduğu uşağı soyuducuya qoydu

Ukraynanın Rovenski vilayətində 34 yaşlı qadın evdə dünyaya gətirdiyi uşağını dəsmala bükərək dondurucu kameraya qoyub.

Sonxeber.az-ın verdiyi xəbərə görə, qadın əməlini dərhal etiraf etməyib.

Qadının yeddi aylıq hamilə olduğu iddia edilir. Erkən doğuşa başlayıb, bundan sonra göbəyini təkbaşına kəsib və körpənin cəsədini soyuducuda gizlədib.

Daha sonra, ukraynalı qadının qanaxması başlayıb və xəstəxanaya getməli olub. Klinikada qeydiyyatda olmadığı və hamiləliyini ərindən gizlətdiyi ortaya çıxıb.

İstənməyən hamiləliyi özbaşına dayandırdığını həkimlərə söyləyib, sonra polisə yeni doğulmuş qızın cəsədi ilə nə etdiyini izah edib. Qadın uşağın ölü doğulduğunu iddia edir.

Hazırda körpənin ölümünün səbəblərini müəyyənləşdirmək üçün məhkəmə ekspertizası təyin edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları yeni doğulmuş körpənin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işinə başlayıblar. Lent.az
 

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Daşnak təxribatlarının Sumqayıt ssenarisinin “səhnələşdirilməsi” - Şahid jurnalist YAZIR

SONRAKI XƏBƏR

Problem: Davidobanın qaz və yol problemi (VİDEO)