Məşqçinin uşağa qarşı qəddarlığı hər kəsi heyrətə saldı – VİDEO

Məşqçinin uşağa qarşı qəddarlığı hər kəsi heyrətə saldı – VİDEO

Moskvada fiqurlu konkisürmə zamanı məşqçi uşağı buzun üstünə itələyib.

Bununla bağlı kadrları “Life Shot” “Telegram” kanalı yayımlayıb.

Videoda qadının konki sürən azyaşlı qıza yaxınlaşaraq onun qolundan tutduğu və kənara itələdiyi görünür.

Kanalın məlumatına görə, bu məşqçinin uşaqlara qarşı ilk qəddarlıq hadisəsi deyil. O, davamlı olaraq uşaqları alçaldır və dərslərdə təhqiredici ifadələr işlədir. Uşaqlardan birinin sözünə görə hətta dərslərdən birində məşqçi onun üzünə cırmaq atıb.

Maraqlıdır ki, 2019-cu ildə məşqçi bu davranışlarına görə müvəqqəti işdən kənardandırılsa da, yenidən uşaqlarla işləməyə başlayıb.

Mənbə: paralel.az