Cənubi Sudanda təyyarə qəzası, 10 ölü

Cənubi Sudanda təyyarə qəzası, 10 ölü

Cənubi Sudanda təyyarə qəzası baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Conqli əyalətinin Uror şəhərindəki hava limanından qalxan kiçik təyyarə yerə çırpılıb və ikisi pilot olmaqla, təyyarədəki 10 nəfərin hamısı həyatını itirib.

Bildirilib ki, təyyarə iş adamlarına kirayə verilirmiş. Qəzanın səbəbi hələlik müəyyənləşdirilməyib.

 

 

Mənbə: qafqazinfo.az