Göyçayda iki avtomobil toqquşdu, yaralılar var

Göyçayda iki avtomobil toqquşdu, yaralılar var

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə bu gün axşam saat 22:30 radələrində Göyçay-Ucar yolunun Hüngütlü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2107" və " VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zərbənin təsirindən avtomobillərindən biri yoldan çıxaraq su arxına düşüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(apa.az)

 

Mənbə: www.unikal.org