Ərzaq çatdırılması xidməti olan “Instacart” $39 mlrd. qiymətləndirmə ilə $265 mln. cəlb etdi

Ərzaq çatdırılması xidməti olan “Instacart” $39 mlrd. qiymətləndirmə ilə $265 mln. cəlb etdi

Amerikanın ərzaq çatdırılması xidməti olan “Instacart” 39 milyard dollar qiymətləndirmə ilə “Andreessen Horowitz”, “Sequoia Capital”, “D1 Capital Partners”, “Fidelity Management & Research Company LLC” və “T. Rowe Price Associates” fondlarından 265 milyon dollar investisiya cəlb edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Startapdan verilən məlumata görə, cəlb edilmiş vəsaitlərin bir hissəsi 2021-ci ilin birinci yarısında heyətini təxminən 50%-dək artırılmasına xərclənəcək.

Pulun qalan hissəsi reklam biznesinə və “Instacart” çatdırılma sistemindən öz brendləri altında istifadə etmək istəyən şirkətlər üçün nəzərdə tutulmuş “Enterprise” xidmətinə sərf ediləcək.

Xatırladaq ki, 2020-ci ilin oktyabrında “Instacart” 17.7 milyard dollar qiymətləndirmə ilə 200 milyon dollar investisiya cəlb edib. “Crunchbase”in verdiyi məlumata görə, yarandığı 2012-ci ildə bəri startap 2.7 milyard dollar toplayıb.

“Instacart” ərzaq çatdırılması xidmətini təklif edən digər onlayn platformalarla rəqabət aparır, məsələn, “Amazon” və “Walmart”.

Mənbə: banker.az