Bakıda mənzildə kişi meyiti aşkarlandı

Bakıda mənzildə kişi meyiti aşkarlandı

Paytaxtda mənzildə kişi meyiti aşkarlanıb.

Bu barədə virtualaz.org-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1973-cü il təvəllüdlü Orucov Xudayar İbadulla oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Mənbə: virtualaz.org