Təbrizdə güllələnən qadın həyatını itirib

Təbrizdə güllələnən qadın həyatını itirib

Martın 2-də Təbrizin “Quds” küçəsində qətl hadisəsi baş verib.

İdarələrdən birində qadınla kişi arasında baş verən münaqişədə ov tüfəngindən açılan atəş nəticəsində qadın ağır yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Şərqi Azərbaycan əyalətinin Baş Cinayət Axtarış İdarəsinin rəisi polkovnik İbrahim Mahmudi bu barədə mətbuta açıqlama verib.

Onun bildirdiyinə görə, “qətli törədən şəxs aralarında şəxsi zəmində münaqişə olan 37 yaşlı qadının iş yerinə gələrək ov tüfəngindən ona atəş açaraq hadisə yerindən uzaqlaşıb. Yaralı xəstəxanaya çatdırılsada həyatını xilas etmək mümkün olmayıb.”

İ.Mahmudu cinayət işinin açıldığını və qatilin axtarışa verildiyini bildirib.

Mənbə: sozcu.az