Bakıda müştəri ofisiant qadınları döydü

Bakıda müştəri ofisiant qadınları döydü

Bakıda müştəri iki ofisiant qadını döyüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Binəqədi rayonunda yerləşən restoranların birində baş verib.

Naməlum şəxs xuliqanlıq zəminində orada ofisiant işləyən 1995-ci il təvəllüdlü Mehriban Aslanova və həmyaşıdı Süsən Məmmədovanı döyüb.

Qadınların müraciəti əsasında Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Mənbə: qafqazinfo.az