Niderlandda koronavirus test mərkəzində partlayış olub

Niderlandda koronavirus test mərkəzində partlayış olub

Bakı. Orxan Nəbiyev - Trend:

Niderlandın Bovenkarspel şəhərində koronavirus test mərkəzində partlayış olub.

Trend-in məlumatına görə, bu barədə yerli polis bildirib.

Partlayış nəticəsində binaya ziyan dəyib. Xəsarət alanların olmadığı deyilir.

Hadisə lə bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, binada boru partlayıb.

Mənbə: az.trend.az