Qaynını güllələyən şəxsə ağır cəza verildi- 11 il

Qaynını güllələyən şəxsə ağır cəza verildi- 11 il

Xaçmaz rayonunda qohumunu öldürməyə cəhddə ittiham olunan şəxs hakim qarşısına çıxarılıb. Ona ağır cəza kəsilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilən Fazil Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Fazil Quliyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu ilin aprel ayında Xaçmaz rayonunun Ağtala kəndində baş verib.

Kənd sakini Fazil Quliyev sərxoş vəziyyətdə evinə gələrək həyat yoldaşı ilə mübahisə edib.

Səs-küyə gələn qayını, 1994-cü il təvəllüdlü Murad Allahverdiyev onları sakitləşdirmək istəyib.

Bundan əsəbiləşən Fazil Quliyev evində saxladığı ov tüfəngi ilə Murad Allahverdiyevi güllələyib.

Murad Allahverdiyev Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olub.

Fazil Quliyevə qarşı Cinayət Məcəlləsinin 29.120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Bildirək ki, məhkəmə istintaqı dövründə zərərçəkmiş Murad Allahverdiyev şikayətçi olmadığını, təqsirləndirilən şəxsi bağışladığını deyib.

Mənbə: cia.az