Niderlandda COVİD-19 test mərkəzinin yaxınlığında partlayış baş verib

Niderlandda COVİD-19 test mərkəzinin yaxınlığında partlayış baş verib

Niderlandda COVıD-19 testi mərkəzinin yaxınlığında partlayış baş verib, ilkin məlumata görə yaralanan yoxdur.

AZƏRTAC xəbər verir ki, Niderland polisi Bovenkarspeldə koronavirus test mərkəzi yaxınlığında səhər saat 06:55 radələrində partlayış baş verməsinə dair məlumat yayıb.

Səhər saatlarında baş vermiş partlayış nəticəsində pəncərələrin sındığı bildirilib. Partlayışla bağlı təhqiqat aparılır. Polis partlayışın niyyətli şəkildə törədildiyini ehtimal edir.

Xatırladaq ki, yanvar ayında Niderlandda komendant saatının tətbiqinə etiraz nümayişləri keçirilib, bəzi koronavirus test mərkəzləri yandırıllb. Niderlandda bir neçə gün etiraz nümayişləri davam etmişdi.

Mənbə: azertag.az