Qadına ad günü hədiyyəsi

Rusiyanın şimal paytaxtı Sankt-Peterburqun cənubundakı evlərin birində 51 yaşlı qadının cəsədi tapılıb. Rusiya Daxili İşlər Nazirliyinin şəhər və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, cəsədin baş nahiyəsində bıçaq xəsarətləri qeydə alınıb.

SİA bu barədə rus mətbuatına istinad edir.

Xidmətdən verilən məlumata görə, qadının təxminən dörd gün əvvəl öldürüldüyü təsbit edilib. Maraqlıdır ki, öldürülən gün qadının ad günü olub. Hazırda şübhəli şəxs qismində qadınla birgə yaşayan 34 yaşlı kişi nəzarətə götürülüb. Sonradan onun üç dəfə ölüm təhdidi ilə ittiham edildiyi ortaya çıxıb. Kişi hadisəyə səbəb içkili olduğunu göstərib.

Qeyd edək ki, bir müddət əvvəl, Sankt-Peterburqda kimsəsiz qadını ölümlə təhdid edən tibb bacısı da həbs edilmişdi.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Hazal iki illik sevgilisindən ayrıldı

SONRAKI XƏBƏR

ABŞ XİN rəsmisi Suriyada Türkiyə ilə maraqlarının ortaq olduğunu vurğuladı