İstanbul küçələrində dəşhət: Afroamerikalı beş nəfəri bıçaqlayıb, bir nəfərin boğazını kəsdi - VİDEO

İstanbul küçələrində dəşhət: Afroamerikalı beş nəfəri bıçaqlayıb, bir nəfərin boğazını kəsdi - VİDEO

 

Türkiyənin İstanbul şəhərində bir şəxs qaradərili beş nəfəri bıçaqlayıb, birinin boğazını kəsib.

İHA xəbər verir ki, cinayətkarın əynində əsgər forması olub.

Belə ki, Şişlidə küçədə Nigeriya vətəndaşı bədəninin müxtəlif yerlərindən bıçaqlanıb. Üç gün sonra 22 yaşlı Qanalı bıçaqlanmaya məruz qalıb. Eyni gündə, fərqli yerlərdə 33 yaşlı Nigeriya vətəndaşı, 22 yaşlı Sierra-Leon və 25 yaşlı Qanalı bıçaqlanaraq qarət edilib.

Bundan üç saat sonra cinayətkar 30 yaşlı Nəcib Kağılın boğazını kəsib və onu dəfələrlə bıçaqlayıb.

Bir gündə beş cinayətdən sonra hüquq mühafizə orqanları xüsusi heyətlə araşdırmaya başlayıb. Müşahidə kameralarından əldə edilən görüntülərdən bəlli olub ki, cinayətlərin hamısını eyni adam - Əfqanıstan əsilli Əhməd Samir H. törədib.

O, tutularaq istintaqa cəlb edilib.

 

Mənbə: www.oxu.az