Narkotik satmaqda ittiham edilən qadın məhkəmə zalında həbs edildi

Narkotik satmaqda ittiham edilən qadın məhkəmə zalında həbs edildi

Bakıda narkotik alveri ilə məşğul olmaqda ittiham edilən qadın məhkəmə zalında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində 35 yaşlı Flora Əsədovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən F.Əsədova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

F.Əsədova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz olaraq narkotik vasitələr əldə etmə və satma) maddəsi ilə ittiham edilir.

Mənbə: cia.az