Ermənistanda 45 milyon dollarlıq heroin ələ keçirildi

Ermənistanda 45 milyon dollarlıq heroin ələ keçirildi

Ermənistan Dövlət Gəlirləri Komitəsinin Qaçaqçılıqla Mübarizə İdarəsi son 7 ildə Ermənistan ərazisindən ən böyük narkotik ticarəti faktını aşkar edib.

Cebhe.info-nun məlumatına görə, bu barədə adıçəkilən Komitənin ictimaiyyətlə əlaqələr şöbəsi açıqlama yayıb.

“Yerevandakı gömrük anbarlarından birində gömrük nəzarəti nəticəsində xüsusilə böyük miqdarda heroin aşkarlanıb. 33 qutu narkotik vasitə xəmir mayası kimi sənədləşdirilib. Təxminən 365 kiloqram ağırlığında olan heroinin bazar dəyəri təxminən 45 milyon ABŞ dollarıdır.

Bu, 2014-cü ildən sonra bütün bölgə miqyasında misli görünməmiş miqdarda narkotiklərin Ermənistan ərazisindən keçirilməsinə ən böyük cəhd hadisəsidir ”, - deyə Komitədən bildirilib.

Komitənin məlumatına görə, heroinin İran İslam Respublikasından Ermənistan ərazisindən keçməklə Qərbi Avropaya maya qablaşdırmasında daşınması planlaşdırılıb. Bu faktla əlaqədar, DGK-nin İstintaq İdarəsində cinayət işi başlanıb. Müxtəlif ölkələrin vətəndaşlığı olan 6 nəfər saxlanılıb.

Müşfiq Abdulla
Cebhe.info

 

Mənbə: cebhe.info