Qız canlı yayımda anasına fahişəlik etdiyini DEDİ - VİDEO

Türkiyənin "ATV" telekanalında Esra Erolun aparıcılığı ilə yayımlanan verilişdə gərgin anlar yaşanıb.Verilşdə diqqətçəkən məqam əxlaqsızlıq yuvasının aşkaranması və burada azyaşlı qızın çalışması olub.

Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məsələ 18 yaşlı qızı Zeynəbi axtarmaq üçün Esra Eroldan kömək istəyən ananın verilişə müraciətindən sonra açılıb.

Məlum hadisə ananın qızı ilə canlı yayımda qarşılaşması zamanı qeydə alınıb. Belə ki, qız canlı yayımda anasına başına gələnləri danışıb. Ən acınacaqlı məqam isə onun əxlaqsızlıq yuvasında fahişə kimi fəaliyyət göstərməsini etiraf etməsi olub.

Qız hətta fahişəlik üzündən yaşadığı evə dəfələrlə basqın edildiyini və yeni bir ev axtarmağa başladığını da bildirib.

Zeynəb qadın ticarəti ilə məşğul olan dəstə başçılarının adlarını da efirdən açıqlayıb. Onların Aysel Güngör və həyat yoldaşı İsmail Güngören olduğunu deyib.

Bundan sonra gənc qızın fahişəlik etirafı gündəmə damğasını vurub. Sözügedən rüsvayçılıqdan sonra Zeynəbi bu işə təhrik edən üç adam nəzarətə alınıb.

 

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Keçən il dövlət büdcəsinin gəlirlərinin 18,5 faizi ƏDV hesabına təmin edilib

SONRAKI XƏBƏR

“Ermənistan ABŞ-a hesabat verməlidir ki, sanksiyalardan yan keçdikləri necə oldu?”