Gədəbəydə 27 yaşlı qadın intihara cəhd edib

Gədəbəydə 27 yaşlı qadın intihara cəhd edib

Gədəbəydə intihara cəhd edən qadın xilas edilib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Rüstəməliyev kəndində 1994-cü il təvəllüdlü Tağıyeva Həcər Qurban qızı yaşadığı evdə özünü asıb. Həmin vaxt yaxınları onu görərək, xilas ediblər və xəstəxanaya çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az