Cəlilabadda fərdi ev tamamilə yanıb

Cəlilabadda fərdi ev tamamilə yanıb
Cəlilabad rayonunda fərdi yaşayış evi tamamilə yanıb.
AZXEER.COM "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, Mirsayid Məmmədova məxsus birmərtəbəli evdə qəfil yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.
Buna baxmayaraq, ev yanaraq külə dönüb.
Yanğının başvermə səbəbi araşdırılır.

Mənbə: azxeber.com