Narkotacirdən məşhur sənət əsərləri götürülüb

Narkotacirdən məşhur sənət əsərləri götürülüb

İsveçin Helsinqborq şəhərində narkotik qaçaqmalçılığında şübhəli bilinən bir nəfərin yaşadığı ünvanda yerli və İspaniya polisinin apardığı axtarış zamanı avtomobillər və bahalı əntiq mebel əşyaları ilə yanaşı, zərgərlik məmulatları və sənət əsərləri aşkar edilərək götürülüb.

Redaktor.az xəbər verir ki, İsveç polisinin verdiyi açıqlamaya görə, həmin ünvanda Pablo Pikasso, Andi Uorhol, Mark Şaqal kimi tanınmış rəssamların əsərləri də var.

Həmçinin müsadirə olunan 400 min kron (48 min ABŞ dolları) dəyərində qədim yazı masasının Stokholmdan oğurlandığı güman edilir.

Belə ki, polis tərəfindən saxlanılan həmin şəxs İspaniyanın cənub bölgələrində fəaliyyət göstərən ən böyük kriminal şəbəkəsinin lideri olmaqda şübhəli bilinir. İspaniyada isə beş nəfər Stokholm sakini saxlanılıb. //Report

Mənbə: redaktor.az