Oğuzda 42 yaşlı piyadanı maşın vurub

Oğuzda 42 yaşlı piyadanı maşın vurub

Oğuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Kərimli kəndin ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini 1959-cu il təvəllüdlü Araz İsfəndiyar oğlu Həşimov idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən həmkəndlisi, 1979-cü il təvəllüdlü Pərvin Sabir oğlu İbrahimxəlilovu vurub.

Xəsarət alan 42 yaşlı P. İbrahimxəlilov Oğuz Rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: www.oxu.az