Myanmada toqquşmalar zamanı 38 nəfər ölüb

Bakı. Trend:

Myanmada etirazçılar və polislər arasında toqquşmalar baş verib.

Trend-in məlumatına görə, bunu brifinq zamanı BMT-nin xüsusi elçisi Kristin Şraner Burqener deyib.

Onun sözlərinə görə, polislər etirazçılara qarşı odlu silahdan istifadə ediblər:

"Bu gün fevralın 1-i baş verən çevrilişindən bəri ən pis gün idi. Toqquşmalar zamanı 38 nəfər ölüb, fevralın 1-dən bəri ümumi ölənlərin sayı 50 nəfəri keçib".

Trend.az

ƏVVƏLKİ XƏBƏR

"Dünyaca məşhur ssenarist olmaq istəyirəm"

SONRAKI XƏBƏR

Azərbaycanlı aktyora doğum günündə ŞOK - Məhkəmə zalında qandallandı