Özünü 17-ci mərtəbədən atan yeniyetmə sağ qaldı

Rusiyanın paytaxtı Moskva şəhərində sevgilisinin yaxınlarından qaçan gənc özünü binanın 17-ci mərtəbəsindən yerə atıb.

Unikal.org xəbər verir ki, bu barədə “TASS”a hüquq mühafizə orqanlarındakı mənbə məlumat verib.

Qeyd olunub ki, hadisə Tambovski küçəsində yerləşən yaşayış binasında baş verib.

“Bu gün Tambovskaya küçəsində 14 yaşlı yeniyetmə özünü 17-ci mərtəbədən atıb. İlkin ehtimala görə, yeniyetmə şübhəli olduğu üçün polisə zəng edən sevgilisinin yaxınlarından qaçmaq istəyirmiş”.

Hadisə yerinə polis gəlib.

Mənbə bildirib ki, 17-ci mərtəbədən düşən şəxs sağ qalıb və hazırda xəstəxanandadır.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Sahiblərinin toyunda iştirak edən itlər – MARAQLI FOTOLAR

SONRAKI XƏBƏR

“Novruz bayramı ərəfəsində qısamüddətli sərt karantin tətbiq edilə bilər” - Deputat