Bir gündə 7,8 mindən çox insan virusdan ölüb

Bir gündə 7,8 mindən çox insan virusdan ölüb

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir. Azvision.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.

Hesabata əsasən, ötən sutka ərzində 348 281 nəfər koronavirusa yoluxub, 7807 pasiyent dünyasını dəyişib.

Ən çox yoluxma halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu gəlir.
 

Mənbə: azvision.az