Avstraliya hakimiyyəti Norfolk adasında sunami təhlükəsi barədə xəbərdarlıq edib

Avstraliya hakimiyyəti Norfolk adasında sunami təhlükəsi barədə xəbərdarlıq edib

Bakı. Trend:

Avstraliya Dövlət Tsunami Xəbərdarlıq Mərkəzi ölkənin şərqində Pasifik Okeanında yerləşən Norfolk adası sakinlərinə sahil ərazilərini tərk edib yüksək ərazilərdə qalmağı tövsiyə edib.

Trend-in məlumatına görə, bu barədə Kermadek arxipelağının sahillərində Sakit Okeanda baş verən bir sıra zəlzələlərdən sonra qurumun saytında bildirilib.

Bildirilib ki, Norfolk adasının sularında yerli vaxtla saat 10: 00-dan etibarən sunami, yüksək dalğalar, güclü okean axınları və daşqın təhlükəsi var:

"Evakuasiya zəruri deyil, lakin sahilyanı əraziləri sakinlərinə tövsiyə olunur ki, [okean] sahilindən mümkün qədər uzaq dursun".

Mənbə: az.trend.az