Binəqədidə məcburi köçkün yataqxanası yanıb

Binəqədidə məcburi köçkün yataqxanası yanıb

Bakı şəhərinin Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxanada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, binanın damında taxta konstruksiyalardan ibarət artırma tikililər 50 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: az.trend.az