Suriyada YPG/PKK terrorçularının hücumu zamanı bir neçə nəfər yaralanıb

Suriyada YPG/PKK terrorçularının hücumu zamanı bir neçə nəfər yaralanıb

Suriyanın şimal-qərbində, Afrin şəhərinin Maryamin rayonunda YPG/PKK terrorçuları tərəfindən açılan raket atəşi nəticəsində bir neçə nəfər yaralanıb. Bu barədəOrdu.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Zərbələr qruplaşma silahlılarının işğalı altında olan Tell-Rifat ərazisindən endirilib.

Bildirilir ki, mərmi avtomobilə düşüb. Atəş nəticəsində nəqliyyat vasitəsi yararsız vəziyyətə salınıb və 3 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Afrin 18 mart 2018-ci ildə Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" əməliyyatı nəticəsində YPG/PKK terrorçularından təmizlənib. Hazırda terrorçular qonşu Tell-Rifata nəzarət edirlər.

 

Mənbə: ordu.az