Məzun olduğu məktəbə getdi, üstünə divar aşması nəticəsində həyatını itirdi

Məzun olduğu məktəbə getdi, üstünə divar aşması nəticəsində həyatını itirdi

Tükiyənin Adana şəhərində 5-ci sinif şagirdi Pınar Tutak müəllimləri və dostlarını görmək üçün getdiyi ibtidai məktəbin çökmüş divarının altında öldü.

Olaylar.az "Haberglobal"a istinadən xəbər verir ki, hadisə Yeşilyuva adlı ibtidai məktəbdə baş verib. 12 yaşlı Pınar Tutak ənənəvi təhsilin ilk günü dostları və müəllimlərini görmək üçün keçən il məzun olduğu ibtidai məktəbə gedib. Burada qardaşları və dostları ilə oyun oynayan zaman Perihan Tutakın üzərinə aşan divar onun ölümünə səbəb olub.

Xəbəri alan ailə məktəbin divarının çökməsində səhlənkarlığına görə rəhbərliyi şikayət edib.

Mənbə: olaylar.az