Livanda etiraz aksiyası keçirildi

Livanda etiraz aksiyası keçirildi

Eastnews.org-un verdiyi xəbərə görə, Livanın paytaxtı Beyrut şəhərində növbəti dəfə etiraz aksiyası keçirilib.

Bu barədə yerli mənbələr məlumat yayıblar.

Məlumatda vurğulanır ki, baş verən aksiya zamanı avtomobil təkərləri yandırılaraq, nəqliyyat yolları qapadılıb.

Təhlükəsizlik qüvvələri hadisəyə müdaxilə edərək, vəziyyəti stabil edə biliblər.

Xatırladaq ki, nümayişçilər qiymətlərin baha olmasına və sosial-iqtisadi vəziyyətə etiraz ediblər.

Mənbə: eastnews.org