Gənc qız atasının anasına işgəncə verməsinə dözməyib BUNU ETDİ- FOTO

Gənc qız atasının anasına işgəncə verməsinə dözməyib BUNU ETDİ- FOTO

Türkiyədə 23 yaşlı gənc qız özünü eyvandan ataraq intihar edib.

Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sultanbəylidə yaşayan Rabia Tanrıvermiş adlı qız anası ilə atasının tez-tez mübahisə etməsi səbəbindən bu addımı atıb. İddia edilir ki, gənc qızın atası anasını kəmərlə döyməyə başlayıb. Atasının anasına işgəncə verməsinə dözməyən Rabia eyvana çıxaraq, özünü aşağı atıb.

Hadisə yerinə polis və Təcili Tibii yardımın əməkdaşları cəlb olunub.

Ağır yaralanan gənc qız ilkin müdaxilədən sonra xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq Rabia Tanrıvermişin həyatını xilas etmək mümkün olmayıb.

Aysel Yusifqızı


 

Mənbə: sonxeber.az