Rusiyada yanacaq dolu yük qatarının 18 sisterni relsdən çıxdı, 10-u aşdı

Rusiyada yanacaq dolu yük qatarının 18 sisterni relsdən çıxdı, 10-u aşdı

Rusiyanın Xabarovsk vilayətində yanacaqla dolu yük qatarının 18 sisterni relsdən çıxıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Xabarovsk vilayətinin Uzaq Şərq - Forel dəmir yolunda yanacaq daşıyan 18 sistern relsdən çıxıb. Sisternlərdən 10-u aşıb. Qəza səbəbindən üç sərnişin qatarının hərəkət qrafikində gecikmə baş verib. Yük qatarında cəmi 49 sistern olub. Qəza nəticəsində heç kim xəsarət almayıb”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, qəzanın səbəbləri barədə məlumat verilmir.

Mənbə: www.oxu.az